Dünya hələ belə rəzalət görməyib - Fotolar
01 Okt 2020 17:42
3582

Dünya hələ belə rəzalət görməyib - Fotolar

Braziliyada maraqlı hadisə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, insult keçirdikdən 78 gün reanimasiyada qalan Kamilla Vanessa adlı qadın təxliyə olunduqdan sonra anası ilə ərinin evləndiyini öyrənib.

O, sözügedən məsələ ilə bağlı açıqlama verərək böyük bir xəyal qırıqlığı yaşadığını vurğulayıb: 

"Anama zəng vurub xəstəxanadan çıxdığını dedim və eşitdiklərimin doğru olub-olmadığını soruşdum. O isə hər şeyin doğru olduğunu və çox xoşbəxt olduqlarını bildirdi. Eşitdiklərimə inana bilmədim. Yeniyetməlik dövründən bəri anam mənlə yarış içərisindədir. Məndən 20 yaş böyükdür və həmişə paltarların ona daha çox yaraşdığını, bişirdiyi yeməklərin daha dadlı olduğunu deyir. Nə etsəm də, heç vaxt yaxşı olmadım. 25 yaşına çatanda məndən 10 yaş böyük birinə aşiq oldum və evləndik. Ondan bir il sonra indi altı yaşında olan övladımı dünyaya gətirdim. Bir müddət sonra əməliyyat oldum və anam övladıma baxmaq üçün bizə yerləşdi. Xəstəxanada olduğum müddətdə keçmiş sevgilimin iki dəfə ziyarətinə gəldiyini, ancaq anamın heç vaxt mənə baş çəkmədiyini öyrəndim".

 

Dünya hələ belə rəzalət görməyib - Fotolar
Dünya hələ belə rəzalət görməyib - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər