Eldar Həsənov vəkilindən nə xahiş edib?
15 Avq 2020 07:57
2780

Eldar Həsənov vəkilindən nə xahiş edib?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov ötən gün məhkəmə önünə çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, onun vəkili Adil İsmayılov nəhkəmə iclası ilə bağlı açıqlamasında Eldar Həsənovun məhkəmədə ittihamları qəbul etmədiyini bildirib.

Vəkil qeyd edib ki, Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib: "Mətbuat üçün açıqlama verməməsini xahiş etdi. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq".

Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir./Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər