Əli Həsənov çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov çağırış etdi

Siyasət

12 Fevral 2019 20:21 1231


“Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib. O, qeyd edib ki, İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib. Həmçinin fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb: “O, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Cənab Prezident vurğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir, dövlət və özəl qurumlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır. Eyni zamanda müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər”. 

Ə. Həsənovun sözlərinə görə, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir: “Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib”.  pizza

Ə. Həsənovun sözlərində görə, son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar: “Yaxşı olardı ki, Azərbaycan prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsun. Eyni zamanda bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!