Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar

Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar
İyun 23, 2019
Oxunma sayı: 16110

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

“Yeni Sabah” xəbər verir ki, Modern.az saytı Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi, general-mayor Əli Nağıyevin oğlu İlham Nağıyev haqda məlumat yayıb.

Xəbrdə bildirilir ki, Əli Nağıyevin oğlu İlham Nağıyev mediaya az-çox tanışdır. Çünki bir müddət Təhsil Nazirliyində çalışmaqla medianın önünə çıxmalı olub.

İlham Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulub. 2004-də Bakı şəhərindəki 43 saylı məktəb-lisey kompleksini bitirib.

2004-2009-da Azərbaycan Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı üzrə bakalavr təhsili alıb.

2005-2006-cı illərdə SOAS London Universitetində Biznes idarəçiliyi və menecment ixtisası üzrə kurs keçib.

2010-2012-də Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə MBA təhsili alıb.

İlham Nağıyev 2010-cu ilin iyul ayından “Connekt”  şirkətində həmtəsisçilərdən biri olub. 

2008-ci ilin mart ayından 2013-cü ilin avqustunadək “Odlar Yurdu Organisation” şirkətinin rəhbərliyində çalışıb.

İyun 2013 - avqust 2016-cı il aralığında “Baku United FC” futzal klubunun prezidenti vəzifəsini tutub.

Daha sonra dövlət qulluğunda çalışıb. Belə ki, 2013-cü ilin sentyabr ayından 2015-ci ilin noyabrınadək Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsində işləyib.

2015-ci ilin noyabrında nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alan İ.Nağıyev 2016-cı ilin sentyabrınadək bu vəzifədə çalışıb.

İlham Nağıyev 2016-cı ilin noyabrından hal-hazıradək “BINE AGRO” şirkətində Müşahidə Şurasının sədri postunu tutur.

Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar
Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar