Ən gəlirlilərin siyahısında liderlik dəyişdi - Statistika
14 Yan 2020 14:37
324

Ən gəlirlilərin siyahısında liderlik dəyişdi - Statistika

"Delloitte" beynəlxalq konsaltinq şirkəti 2018/2019 mövsümündə ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, siyahıya “Barselona” (İspaniya) klubu başçılıq edir. Kataloniya təmsilçisi ötən mövssüm 840.8 milyon avro gəlir əldə edib. 

Sözügedən ölkənin digər nəhəng klubu - "Real" (Madrid) 757.3 milyonla ikinci, "Mançester Yunayted" (İngiltərə) isə 711.5 milyonla üçüncü sırada qərarlaşıb.  

 2018/2019 mövsümündə ən çox gəlir əldə edən 20 klub:

1. "Barselona" – 840.8 milyon avro

2. "Real" – 757.3 milyon

3. "Mançester Yunayted" – 711.5 milyon

4. "Bavariya" – 660.1 milyon

5.  PSJ – 635.9 milyon

6. "Mançester Siti" – 610.6 milyon

7. "Liverpul" – 604.7 milyon

8. "Tottenhem" – 521.1 milyon

9. "Çelsi" – 513.1 milyon

10. "Yuventus" – 459.7 milyon

Qeyd edək ki, 2017/2018 mövsümündə siyahıya "Real" rəhbərlik edirdi. "Barselona" 2-ci, "Mançester Yunayted" 3-cü pillədə yer almışdı

Naibə

 

Oxşar xəbərlər