7 Oktyabr - 01:27
Ərdoğan Paşinyanla mümkün görüşü haqda: “Deyəsən, onun ağlında...”

Ərdoğan Paşinyanla mümkün görüşü haqda: “Deyəsən, onun ağlında...”

Siyasət

22 Sentyabr 2022 18:11 51408


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıdandan sonra söyləyib.

O, hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndirdiklərini bildirib:

“Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək.

Amma, təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!