YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ərdoğandan Ermənistana çağırış: “Azərbaycanla sülh müqaviləsi imzalayın”

Ərdoğandan Ermənistana çağırış: “Azərbaycanla sülh müqaviləsi imzalayın”

Siyasət

06 Oktyabr 2022 23:49 1327


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı bunu Praqada mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz”, - deyə Ərdoğan bildiirb.

Prezident vurğulayıb ki, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərini tez bir zamanda istiləşdirmək və bu məsələni həll etmək istəyir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!