4 İyul - 03:29
Ermənilər Paşinyanı devirsə, yenidən müharibə başlayacaq?

Ermənilər Paşinyanı devirsə, yenidən müharibə başlayacaq?

Siyasət

28 May 2022 12:45 1443


“Hazırda müxalifət heç bir cəhdlə hakimiyyətə gələ bilməz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.

O, son Brüssel görüşündən sonra azğınlaşmış erməni müxalifətinin yaxın perspektivdə Baş nazir Nikol Paşinyanı devirmək ehtimalının olub- olmamasından söz açıb.

Politolq əmindir ki, müxalifəti dəstəkləyən xalq kütləsi yoxdur:

“Onların son mitinqləri də bunu göstərdi ki, Ermənistan xalqı Paşinyanın tərəfindədir, eləcə də köhnə siyasətdən vaz keçərək Azərbaycanla yeni müharibə istəmir və bundan qorxur. Əgər güclü potensialları oslaydı, ola bilsin ki, revanşistləri hakimiyyətə gətirəcəkdilər, lakin başlarına elə zərbə dəydi ki, qorxaqlıqlarını belə nümayiş etdirirlər.

Biz Ermənistandakı proseslərə nəzər yetirsək görərik ki, oradakı proseslər xaricdən Paşinyana təzyiq vasitəsi kimi istifadə olunur. Əgər Paşinyan yaxın aylar ərzində götürdüyü öhdəlikləri yerinə yetirməkdə iddialı olarsa, o cümlədən o, geosiyasi qüvvələr arasında balansı pozarsa, o zaman real olaraq onun nəinki hakimiyyətdən getməsi, eləcə də onun həyatına sui-qəsd olması ehtimalları da kifayət qədər böyükdür”.

Z. Məmmədov onu da vurğulayıb ki, Ermənistan müxalifəti bu gün heç bir yeni proqram və təkliflərlə xalq qarşısına çıxa bilmir:

“Onlar üçün ancaq Qarabağ və Azərbaycanla bağlı məsələ birincidir. Yəni ki, işxan saqatelyanlar, robert koçaryanlar, serj sarkisyanlar, ancaq bu proqram üzrə aksiyalar edirlər. Lakin köhnə proqramlar artıq istifadə edilə bilməz. Çünki bu, yenidən baş verərsə, Ermənistan üçün dəhşət demək olar.

Digər tərəfdən, bu məsələ Azərbaycana yarayır. Bizim üçün Ermənistanın öhdəliklərini yerinə yetirməməsi faciə deyil. Bizim üçün Ermənistanın danışıqlardan qaçması belə, gələcəkdə faciəvi olmayacaq. Əksinə, əgər Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəksə, bu, bir çox bəhanələri bizə verəcək ki, tarixi Azərbaycan torpaqları mütləq şəkildə bərpa edilməlidir”.

“Biz bu gün də görürük ki, hazırkı Ermənistan dövləti bizim dövlət təhlükəsizliyimizə təhdiddir və bu təhdidi aradan qaldırmaq lazım olacaq.

Əgər Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ağıllarını başlarına yığmayacaqlarsa, əlbəttə ki, onlar tamamilə başqa mənzərə ilə qarşılacaqlar. Hazırda iki tərəf arasında danışıqlar davam etməkdədir və bu danışıqlara müdaxilələr də kifayət qədər böyükdür. Amma əsas olan budur ki, siyasi hakimiyyət iradə nümayiş etdirməli və və sərhəddəki təxribatları dayandırmalıdır. Ehtimal olunur ki, iyun ayında sərhəddəki təxribatların sayı artsın. Səbəb də bəllidir. Çünki sərhəddə təxribatların sayı artarsa, Azərbaycan Ordusu buna adekvat cavablar verəcək”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!