Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistan rəsmən elan etdi: Azərbaycanla...
28 Okt 2021 08:24
33872

Ermənistan rəsmən elan etdi: Azərbaycanla...

Regional kommunikasiyanın blokadadan çıxarılması üzrə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu istismarına başlanılan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

“Yeni Sabah” Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib.

“Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”, - deyə Qriqoryan qeyd edib. 

Bildirək ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli qrup Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən yaradılıb. Yanvarın 11-də onların Moskvada keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Görüşdə digər məsələlərlə yanaşı, regional kommunikasiyaların açılması məsələsi də müzakirə edilib.

  • Elçin
    Elçin
    HƏR ÜCÜ DÜŞMƏNDİR TARİXİ DÜŞMƏN
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər