Ermənistanda Rusiya dərsliklərinə qadağa qoyuldu

Ermənistanda Rusiya dərsliklərinə qadağa qoyuldu

Bölgə Veb saytların hazırlanması

16 Noyabr 2023 17:11 1101


Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov öz "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Ermənistan Milli Məclisinin təşəbbüsü ilə Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının iclaslarında erməni deputatların təkidli müraciətlərinə əsasən, Federasiya Şurası rəhbərliyinin birbaşa dəstəyi ilə Rusiya tərəfi rus dilində təhsil alan erməni məktəblərinə 50 mindən çox dərsliyin alınması və gələcəkdə bağışlanması üçün əlavə büdcə vəsaiti ayırılıb.

Noyabrın 11-də dərsliklərin Ermənistana gətirilməsinə, onlara tələbatın çox olduğu məktəblərdə onların paylanmasına başlanılıb.

"Ermənistan Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırması məni çox təəccübləndirdi. Xüsusilə qəribə odur ki, erməni həmkarlarımızın özü bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər.

Təəssüf ki, bu cür uzaqgörən siyasi intriqalardan ilk olaraq qardaş erməni xalqının sadə oğlan və qızları əziyyət çəkir”, - deyə Vorobyev qeyd edib.

Vitse-spiker qeyd edib ki, Bişkekdə olan Rusiya nümayəndə heyəti Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb və yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!