“Futbolda imicimiz yüksək deyil ki...” – Abasov təkliflərdən danışdı
18 Okt 2019 14:44
182

“Futbolda imicimiz yüksək deyil ki...” – Abasov təkliflərdən danışdı

“Mənə bu gün üçün nəinki real təklif, heç oturub söhbət edən də yoxdur. Burada məqsəd gizlətmək də deyil. Sadəcə deyilənlərə aydınlıq gətirməkdir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında yaxın günlərdə “Zirə”nin baş məşqçi postundan göndərilən Samir Abasov deyib. Mütəxəssis nə Azərbaycan, nə də xarici klublardan təklif gəlmədiyini bildirib:

“Hansısa klubumuzdan təklif yoxdur. Hələ ki, sakitçilikdir. Xarici klublardan da təklif gəlməyib. Ümumiyyətlə, xarici klublar haqqında fikirləşmirəm. Xarici klublara keçmək də alınası söhbətə oxşamır. Nə qədər menecer də olsa, nə qədər çalışsam da, bu çox çətin məsələdir. Çünki bizim futbolda imicimiz o qədər də yüksək deyil ki, rahatca hansısa ölkəyə gedəsən, orada da səni işə dəvət edələr. Sadəcə, nə Azərbaycandan, nə xaricdən təklifim yoxdur. Evdəyəm, dincəlirəm”. 

Adı “Sabah” və “Qəbələ” ilə hallanan Abasov bu məsələyə də aydınlıq gətirib:

“Sabah”la, “Qəbələ” ilə adım hallana bilər. Amma ad hallanmaqla təklif alıb orada işləmək tam fərqli şeylərdir”.

Naibə Məmmədova

 

Oxşar xəbərlər