YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Futbolla məşğul olanların sayı 155 minə çatdı

Futbolla məşğul olanların sayı 155 minə çatdı

İdman

25 Yanvar 2019 17:12 655


AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 155 min nəfərə çatıb.

"Yeni Sabah” xəbər verir ki, həmin şəxs Mahmudov Səlim Ayxan oğludur. 30 may 2013-cü il təvəllüdlü Mahmudov "Məhəllənin ulduzu” layihəsi çərçivəsində Yasamal rayonu, Süleyman Dadaşov 577 ünvanında AFFA-nın inşa etdirdiyi süni örtüklü meydançada məşqlərə qatılır. Bu layihədə məqsəd müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsindən ibarətdir. Layihə 6-8 yaşlı uşaqlar üçün həftədə 2 və ya 3 dəfə təmənnasız məşq keçmək imkanı verir. Eyni zamanda, bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum C məşqçilik lisenziyası olan məşqçilər cəlb edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!