Hamilə qadın özünü öldürmək istədi - Qaxda dəhşət

Hamilə qadın özünü öldürmək istədi - Qaxda dəhşət
Avq 17, 2019 11:31
Oxunma sayı: 104

Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb. 

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilməş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: “Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az