Həbiblə döyüşə spirtli içki içib çıxıbmış - Məşhurdan etiraf
14 Yan 2020 10:45
320

Həbiblə döyüşə spirtli içki içib çıxıbmış - Məşhurdan etiraf

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə keçmiş çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşdən öncə spirtli içki qəbul etdiyini etiraf edib.

“Yeni Sabah” xəbər verir ki, irlandiyalı döyüşçü görüşdən 1 həftə əvvəl spirtli içki içdiyini açıqlayıb:

"Səhv etdim. Döyüşdən 1 həftə əvvəl içki qəbul etdim. Amma mən bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".

Qeyd edək ki, Makqreqor çıxdığı 25 döyüşdən 21-də qalib gəlib. O, 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.

Naibə

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər