İcra başçısı səhvini düzəltdi   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı səhvini düzəltdi - FOTOLAR

Siyasət

12 Fevral 2026 18:16 6805


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşlara münasibətdə yol verdiyi səhvi aradan qaldırıb. O, fevralın 11-də şəhid Nəsibov Akşin Vasif oğlunun ailə üzvlərini və rayondan olan 2 sakini qəbul edib. 

“Yeni Sabah” xəbər verir ki, ötən görüşlərdən fərqli olaraq, R.Babaşov sakinləri daha ehtiramla qarşılayıb.

Daha dəqiq desək, icra başçısı şəhid valideynlərini və digər vətəndaşları bu dəfə öz dəyirmi masasında əyləşdirməyi ağlına gətirib. Pepperoni pizza

Rəcəb Babaşov əvvəlki vətəndaş qəbullarında sakinləri özündən uzaqda oturtmağı bir növ adət etmişdi. O, 4 fevralda və daha öncə baş tutan bütün görüşlərdə qəbul etdiyi sakinləri öz masasından xeyli kənarda yerləşən stullarda  əyləşdirirdi. Rayon İcra Hakimiyyətinin saytına yerləşdirilən fotolarda icra başçısının öz sakinləri ilə soyuq davranışı dəfələrlə ciddi müzakirələrə və tənqidlərə səbəb olub. 

Görünən odur ki, Rəcəb Babaşov öz səhvlərindən nəticə çıxarmağa başlayıb. Hər hansı bir icra başçısının rəhbərlik etdiyi rayon yaxud şəhərin sakinlərinə yuxarıdan aşağı baxması birmənalı şəkildə qəbuledilməzdir. 

Ümid edirik ki, Rəcəb Babaşov bundan sonra rəhbərlik etdiyi rayonun sakinlərinə qarşı daha nəzakətli və səmimi olmağı bacarar. 

Qeyd edək ki, R.Babaşov 2009-cu ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!