İlham Əliyev fövqəladə vəziyyətlə bağlı qanuna dəyişiklik etdi

İlham Əliyev fövqəladə vəziyyətlə bağlı qanuna dəyişiklik etdi
İyun 27, 2019
Oxunma sayı: 245

Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar olunub. 

“Fövqəladə vəziyyət haqqında” Qanununun 4.2-ci maddəsində “rəsmi qaydada” sözləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilib.