İlham Əliyev yeni həmkarını təbrik etdi

İlham Əliyev yeni həmkarını təbrik etdi
May 15, 2019
Oxunma sayı: 36

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".