İngiltərədə qadın özünü stadiona zəncirlədi

İngiltərədə qadın özünü stadiona zəncirlədi
Avq 23, 2019 10:36
Oxunma sayı: 68

İngiltərə 2-ci liqa komandası “Beri” maliyə problemlərinə görə liqanın ilk 4 turunda heç bir oyun keçirə bilməyib.

“Yeni Sabah” “Hüriyyet”ə istinadən xəbər verir ki, 1885-ci ildə yaranan klubun bu vəziyyətə düşməsini heç cür qəbul etməyən sabiq idarəçisi Coy Hart maraqlı etiraz variantına əl atıb. O, özünü stadionun girişindəki dəmir dirəyə zəncirlə bağlıyıb. Hart onlara dəstək lazım olduğunu və bu klubun şəhər üçün böyük əhəmiyyət daşıdığını deyib. 

Qeyd edək ki, klub çarə tapa bilməsə liqadan xaric ediləcək.

 

Yenisabah.az