İran Çin komandasını darmadağın etdi

İran Çin komandasını darmadağın etdi

İdman Veb saytların hazırlanması

25 Yanvar 2019 14:45 767


Əbu-Dabinin (BƏƏ) "Məhəmməd Bin Zayed" stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

Görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.

Asiya Kuboku. 1/4 final

Çin - İran - 0:3

Qollar: 0:1 - Taremi - 18, 0:2 - Azmun - 31, 0:3 - Ansarifard - 90+1

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!