Azərbaycan Prezidentinin nümayəndəsi Xələf Xələfov İran Prezidentinin siyasi müşaviri Mehdi Sənai ilə görüşüb.
Yenisabah.az fars-a istinadla xəbər verir ki, Tehranda baş tutan görüşdə iki ölkə hökuməti və xalqları arasında dərin dostluq münasibətlərinə toxunulub, rəsmi şəxslərin qarşılıqlı səfərləri münasibətlərdə dönüş nöqtəsi hesab edilib.
M. Sənayi Məsud Pezeşkianın Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair sərəncamını xatırladıb. Dördpendirli pizza
O, ümidvar olduğunu bildirib ki, tezliklə Tehranda Prezident İlham Əliyev qəbul ediləcək.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov da iki ölkə arasında əlaqələrin möhkəm mədəni və tarixi əsasları, habelə liderlərin bu əlaqələrin hərtərəfli genişləndirilməsi istiqamətində ciddi iradəsini vurğulayıb:
"Bütün qurum və təşkilatlar maneələri aradan qaldırmağa və əməkdaşlığı inkişaf etdirməyə çalışır”.
Telegram kanalımız