İranın daha bir yüksəkvəzifəli rəsmisi öldürüldü   - SEPAH TƏSDİQLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

İranın daha bir yüksəkvəzifəli rəsmisi öldürüldü - SEPAH TƏSDİQLƏDİ

Siyasət

17 Mart 2026 23:39 1013


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qulamrza Süleymaninin həyatını itirməsi ilə bağlı rəsmi bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Qulamrza Süleymani, “Bəsic” (Könüllü qüvvələr) təşkilatının rəhbəri kimi, “ABŞ və İsrailə aid olduğu iddia edilən terror hücumu” nəticəsində ölüb. Hadisə “şəhid olması” kimi təqdim edilib. Sezar pizza

SEPAH qeyd edib ki, Süleymani uzun illər ərzində, o cümlədən İran-İraq müharibəsi dövründən başlayaraq müxtəlif vəzifələrdə xidmət göstərib. Bildirilib ki, o, xüsusilə “Bəsic” təşkilatına rəhbərlik etdiyi müddətdə strukturun inkişafı, sosial layihələrin genişləndirilməsi və aztəminatlı təbəqələrə dəstək istiqamətində fəaliyyət göstərib.

Bəyanatda bu hadisə “terror aktı” kimi qiymətləndirilib və hücumun təşkilatçıları kimi ABŞ və İsrail ittiham olunub. Həmçinin qeyd olunub ki, bu cür hadisələr İranın mövcud siyasətinə və fəaliyyət istiqamətlərinə təsir göstərməyəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!