26 May - 00:44
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanıldı

İsmayıllıda qanunsuz ov edən şəxs saxlanıldı

Digər

22 Yan 2022 09:00


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi, həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır


Youtube kanalımız


Digər xəbərlər