İtaliya mətbuatı ölkəmizdə növbəti dəfə keçiriləcək Formula 1 Qran – Prisinə geniş yer ayırıb.
Ölkənin “sport.repubblica”, “gazzetta.it”, “sportfair.it”, “f1grandprix.motorionline”,“tuttomotoriweb”, idman saytları və digər kütləvi informasiya vasitələri “Formula 1 Azərbaycan Qran-Prisininin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb” sərlövhəli yazılar dərc edib.
Məqalələrdə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Qran-Prinin 2023-cü ilədək keçirilməsi haqqında müqavilənin imzalandığı diqqətə çatdırılır və ölkənin iqtisadiyyatına müsbət təsiri, yerli şirkətlər üçün yeni imkanlar açması qeyd olunur. Toyuqlu pizza
Yazılarda, həmçinin gənclər və idman naziri Azad Rəhimovun, Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin mötəbər yarış haqqında verdiyi müsahibələri yer alır.
Azərtac
Telegram kanalımız