İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
27 Fev 2021 00:41
459

İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər