30 Sentyabr - 01:20
Kəmaləddin Heydərov istefa verməlidir! –  Deputatlar nə düşünür?

Kəmaləddin Heydərov istefa verməlidir! – Deputatlar nə düşünür?

Siyasət

17 Avqust 2022 15:14 7331


FHN-dəki məlum video qalmaqalı dövlət qurumunun rəhbəri Kəmaləddin Heydərovu hədəfə gətirib. Rəsmi mundirdə olan yüksək vəzifəli şəxslərin əxlaqsızlığından sonra nazirlə bağlı sərt ittihamlar səslənməkdədir.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə cəmiyyətin ən müxtəlif seqmentinə məxsus olan şəxslər nazirin istefa verməli olduğunu bildirirlər. Dünyanın əksər ölkəsində belə qalmaqallar baş verən zaman rəhbər şəxslərin öz postundan imtina etdiyini bildirirlər. Azərbaycanda isə ilk dəfədir ki, səviyyəsinə görə aşağı, rezonansına görə isə böyük olan hadisə baş verib. Maraqlıdır ki, belə bir məqamda mediaya guya həmin “filmin qəhrəmanı” olan polkovnikin videolar yayılmazdan öncə öz vəzifəsindən istefa verməsi haqda məlumat sızdırılıb. Burada məqsədin nə olduğunu təxmin etmək çətin deyil. Lakin bu malipulyativ xəbər bu biabırçılığı ört-basdır etmək gücündə deyil.

Ortada olan fakt yüksək vəzifəli şəxsləri, millət vəkillərini də narahat etməkdədir. Çünki bu, insanların dövlət qurumlarına olan inamını sarsıda biləcək bir faktdır. Buna görə də onlar bu inamı bərpa edəcək addımın atılmasını mühüm hesab edirlər. 

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, videolar yayılandan sonra bir neçə millət vəkili nazir Kəmaləddin Heydərovun öz vəzifəsindən dərhal istefa verməsini vacib hesab edir. Redaksiyamızla əlaqə saxlayan və fikrini öyrəndiyimiz bir neçə deputat da bu addımın labüd olduğunu vurğulayır. Lakin onlar hələ ki bu tələblərini ictimailəşdirmək istəmir, ehtiyatlı mövqe tuturlar. Prosesin gedişində hansı mövqeni nümayiş etdirəcəkləri haqda isə proqnoz vermək çətindir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!