25 May - 22:58
Kəmaləddin Heydərov müavinini vəzifəsindən azad etdi - FOTO

Kəmaləddin Heydərov müavinini vəzifəsindən azad etdi - FOTO

Digər

21 Yan 2022 15:10


Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevadan isə mövqe öyrənmək mümkün olmayıb. 


Youtube kanalımız


Digər xəbərlər