Kəmaləddin Heydərovdan yeni təyinat -  Xanıma vəzifə verdi
24 İyl 2019 11:08
22590

Kəmaləddin Heydərovdan yeni təyinat - Xanıma vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub. 

“Yeni Sabah” xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb. Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən  təyinatı təsdiqləyiblər. G.Mehdiyeva rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər