Kim Çen Inın müavini Bakıya yola düşüb

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen Inın müavini Bakıya yola düşüb

Siyasət

22 Oktyabr 2019 14:17 1117


Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

“Yeni Sabah" bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Indır. pizza sifarişi

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!