“Kim fikirləşirsə ki, aprel döyüşləri bitib səhv edir“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Kim fikirləşirsə ki, aprel döyüşləri bitib səhv edir“ - Deputat

Siyasət

02 Aprel 2019 18:46 878


“Kim fikirləşirsə ki, aprel döyüşləri bitib səhv edir. Bir cəbhəni çıxmaqla bütün müstəvilərdə bu döyüşlər gedir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu deputat Sahib Alıyev deyib. O bildirib ki, Azərbaycan təkcə işğalçı Ermənistana qarşı vuruşmur:

“Beynəlxalq normaların tapdanmasına, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin gözardı edilməsinə, konfliktin həllindənsə onun idarəsinə çalışılmasına, vasitəçilik misssiyasının, həm geosiyasi çıxar, həm də svilizasiyalararası qarşıdurma məntiqiylə aparılmasına qarşı vuruşuruq. Eyni zamanda “status-kvo dəyişilməlidi”  deyildiyi halda, "problem ancaq sülh yoluyla həllini tapmalıdır" kimi yanaşmayla ikili oyun oynanılmasına, bir sözlə haqsızlığa, ədalətsizliyə, məkrə və hüquqsuzluğa qarşı mübarizə aparırıq”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!