Kişinyovda keçiriləcək görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanacağı ilə bağlı yayılan iddialara rəsmi cavab verilib.
Yenisabah.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Mətbuat katibi vurğulayıb ki, sülh sazişi ilə bağlı müzakirələrin davam edir.
Badalyanın sözlərinə görə, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq.
Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan və Ermənistanım iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya biləcəyini deyib.
Telegram kanalımız