28 May - 17:08
Kremlin aşpazı Putinin yemək sirlərini açıqladı

Kremlin aşpazı Putinin yemək sirlərini açıqladı

Siyasət

22 Yan 2022 07:56


İtalyan aşpaz Mirko Dzaqo Rusiyaya 2001-ci ildə gəlib. O, 18 ildir Kreml rəhbərlərinə yemək bişirir. Dzaqo Putin üçün nəsə hazırlayan ilk əcnəbi aşpaz kimi tarixə düşüb.

İtaliyadan gəlmiş kulinariya mütəxəssisi Rusiyada yetərincə yaxşı yaşayır. Avropalının Moskvada 4 restoranı var. O, müxtəlif şoularda iştirak edir. “Master Şef” layihəsində münsiflər heyətində yer alıb.

Dzaqo mətbuata Putin üçün yeməyi böyük məmnuniyyətlə hazırladığını danışıb. Onun sözlərinə görə, dövlət başçısı ilə hər söhbəti səmimi alınır.

“Məni necə dəvət etdiklərinin yaxşı xatırlayıram. Hətta Putin onu öz adamımız adlandırdığıma gülmüşdü. Medvedevin 50 illiyində, onun oğlunun 18 yaşı tamam olanda da yeməkləri mən bişirmişdim. Medvedev yeməkləri çox sevən, ağzının dadını bilən adamdır. Putin isə daha çox milli yeməkləri xoşlayır. Putin az yeyir. Xüsusilə tədbirlərdə. Amma mən həftəlik banketlərdə görürdüm ki, Putin özünü daha rahat aparır. Mənim doğulduğum bölgənin özəl yeməyi olan moçettanı çox bəyənmişdi”.

Dzaqo Rusiyaya tez uyğunlaşıb. İlk günlərdən rus dilini öyrənməyə başlayıb. Beləcə, yerli xalqa qısa zamanda qaynayıb-qarışa bilib.

“Rostovda da restoranım var. Təbii ki, bölgələrdə paytaxtdakı qədər qazanc yoxdur. 2015-2016-cı illərdə rubl böhran keçirəndə mən daha çox Moskvadakı restoranlarıma diqqət ayırırdım. İndi gəlir xeyli sabitləşib. Pandemiyaya qədər nə qədər qazanırdıqsa, indi də vəziyyət elədir. Rusları italyan mətbəxi ilə tanış etməyə çalışmışam. Hərçənd, mətbəxlər arasında deyildiyi qədər böyük fərq yoxdur”.

Dzaqo vətəni üçün çox da darıxmır. Çünki İtaliyaya tez-tez gedir. İtalyan aşpaz “Torino” futbol klubunun azarkeşidir. Bəzən hər hansı oyuna baxmaq üçün vətəninə təyyarə bileti alır. Dzaqo dünyanın əksər hissəsi kimi pandemiyanın bitməsini səbirsizliklə gözləyir. Belədə səyahət imkanları xeyli artır. / Bizimyol.info


Youtube kanalımız


Digər xəbərlər