Latviya polisi rus hakimi saxladı – Şok ittiham
12 İyl 2020 13:58
479

Latviya polisi rus hakimi saxladı – Şok ittiham

Latviya polisi bir neçə gün əvvəl rusiyalı sabiq hakim Pavel Stipidini saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb. O, totalizatorlarda maxinasiya etməkdə şübhəli bilinib. Hazırda UEFA bununla əlaqədar Latviya polisi ilə birgə çalışır. Söhbət beynəlxalq oyunlar zamanı totalizatora işləməklə çoxlu sarı vərəqə göstərməkdən gedir.

Stipidi hazırda azadlıqdadır. Bir neçə gün əvvəl o, vətəni Rusiyada görünüb.

Qol.az-ın yazdığına görə, Stipidi bu məsələdə tək olmayıb. Ona rusiyalı FİFA referisi Sergey Lapoçkin yardım edib. Əgər bu ittihamlar təsdiqini tapsa, bu halda UEFA Lapoçkini futboldan ömürlük ömürlük uzaqlaşdıra bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər