Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri keçiriləcək
22 May 2020 20:45
343

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Oxşar xəbərlər