Məmur Naftalandakı qalmaqallı fotosuna görə üzr istədi

Məmur Naftalandakı qalmaqallı fotosuna görə üzr istədi
Sent 17, 2019 17:28
Oxunma sayı: 299

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı qalmaqallı fotoya görə hər kəsdən üzr istəyib.

"Yeni Sabah" “Qafqazinfo”ya istinadən bildirir ki, məmur Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi “selfie”sini sosial şəbəkədəki hesablarından silərək məsələyə aydınlıq gətirib.

“Əziz dostlar. Mənim postuma görə qəzəblənən və ya özünü təhqir olunmuş sayan hər kəsdən üzr istəyirəm. Bir anlıq da olsun kimisə incitmək niyyətində olmamışam, sadəcə olaraq belə alındı ki, kiminsə hisslərinə toxundum və belə olduğu üçün peşmanam. Sadəcə olaraq möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm”, - deyə Openışeva qeyd edib.

Xatırladaq ki, S. Openışeva sözügedən “selfie”ni instaqram hesabında paylaşaraq “Çox şokolad olmur” şərhini yazmış, sosial şəbəkədə dəbdəbəli həyatını nümayiş etdirdiyinə görə tənqid olunmuşdu.

Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verərək Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun işdən çıxarıla biləcəyini bəyan etmişdi.

Yenisabah.az