Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Mən Əməkdar artistəm, tələbələrim Xalq artisti...“  - “Tarazlıq pozulur“
20 Okt 2021 13:49
2984

“Mən Əməkdar artistəm, tələbələrim Xalq artisti...“ - “Tarazlıq pozulur“

“Bəzən baxıram ki, tələbələrim də Əməkdar artistdir, mən də. Bu yaxınlarda Elton Hüseynəliyev də fəxri ad aldı, o da mənim tələbəm olub...”  

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Nuriyyə Hüseynova deyib. Sənətçi uzun illərdir müzakirə edilən fəxri ad məsələsindən danışıb:

“Mən istəyərdim ki, Azərbaycanda dövlətə xidmət edən, dövlətin irsini, mədəniyyətini yaşadan, müəllim kimi fəaliyyət göstərən Azərbaycanı müxtəlif ölkələrdə təbliğ edən sənət adamları “Dövlət Sənətçisi” statusu verilsin. Şou aləmində çalışan, toylara, restoranlara dəvət alan insanlar öz sahələrinə uyğun mükafatlandırılsın. Mən belə düşünürəm. Dövlət Sənətçisi Türkiyədə də var. Mən Türkiyədə çıxış edəndə səhnəyə dəvət edilən  zaman Əməkdar artist adı işlənmir. Onlar Azərbaycan Dövlət Sənətçisi deyə təqdim edirlər. Onlar dövlət sənətçisini heyranlıqla qarşılayırlarlar və ona böyük sayğı duyulur. Adicə səhnəyə çıxanda sənə olan alqışlar digərlərindən fərqlənir, çünki Dövlət Sənətçisi orada böyük titul sayılır”.

Muğam ifaçısı Azərbaycanda “Dövlət sənətçisi” titulunun olmasını istəyib:

“İstəyərdim ki, bizdə də Türkiyədəki kimi Dövlət Sənətçisi titulu olsun. Bundan heç kim nə küsməsin, nə də inciməsin. Çünki indiki halda bəzi sənətçilər yaddan çıxır. Bəzən baxıram ki, tələbələrim də Əməkdar artistdir, mən də. Hətta məni tanıyanlar bir də görürsən deyirlər ki, tələbən də Əməkdar artistdir? Bu yaxınlarda Elton Hüseynəliyev də fəxri ad aldı, gördüm çox sevindim, o da mənim tələbəm olub, İncəsənət Universitetində  dərs demişəm. Hətta mənim Xalq artisti olan tələbəm də var. Bütün bunları nəzərə alanda görürsən ki, nəsə tarazlıq poluzulur.  Bir az qarışıq məsələlərdir. Mən də çox söz deyə bilmirəm, çünki hərdən görürsən ki, sənin sözünü hərləyib, fırlayıb sosial şəbəkələrdə insanlara başqa cür çatdırırlar. Sonra gəl başa sal ki, mən o mənada deməmişəm. Əslində, mən heç kimin xətrinə dəyən adam deyiləm. İnsanların qəlbi qırmağı sevmirəm. O baxımdan da istəyərəm ki, bütün sənət adamlarının üzü gülsün”.

Əsmətxanım 

  • RAHİM
    RAHİM
    HÖRMƏTLİ NÜRNİYYƏ XANIM SİZİN KİMİ XALQIN SEVİMLİ XANƏNDƏSİ NEYNƏYİR XALQ ARTİSTİ ADINI. BU AD DÜNYANIN HEÇ BİR YERİNDƏ YOXDUR. SİZ ONSUZ DA XALQIN SEVİMLİ XANƏNDƏSİ SİNİZ.
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər