Qarabağ Komitəsinin 16 fevrala “Qarabağa azadlıq” şüarı ilə təyin etdiyi mitinqə icazə verilməyib.
Bu barədə "Yeni Sabah"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, komitənin meriyaya ünvanladığı müraciət məqsədəuyğun hesab olunmayıb. Ona görə də bu “Qarabağa azadlıq” şüarı ilə nəzərdə tutulan mitinqə rədd cavabı verilib.
Qeyd edək ki, bundan öncə QK-nın dönəm sədri, Ümid Partiyasının sədr müavini Taleh Əliyev yazılı rəsmi cavabı sosial şəbəkədə paylaşmışdı. Marqarita pizza
Telegram kanalımız