Məşhur aparıcımız illər sonra efirə qayıdır

Məşhur aparıcımız illər sonra efirə qayıdır
Sent 9, 2019 17:50
Oxunma sayı: 86

Azərbaycanlı məşhur aparıcı Nadejda İsmayılova illər sonra televiziyaya qayıdır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AzTV-nin proqramlar departamentinin bədii rəhbəri Ranar Musayev məlumat verib.

"Əfsanənin və ya ümidin Azərbaycan televiziyasına qayıdışı. Əvəzolunmaz, sevimli Nadejda İsmayılova yenidən efirdədir. Çoxdankı arzuları AzTV-də gerçəkləşdirmək mümkündür. Ümidlə rəngarəng gələcəyə", - deyə Ranar social şəbəkə hesabından bildirib.

Bildirilir ki, 82 yaşlı N.İsmayılova "Баку с Надеждой" adlı verilişlə yeni mövsümdə AzTV-də tamaşaçıların qarşısına çıxacaq.

Yenisabah.az