Məşhur məşqçi “Milan”ın qarşısında şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur məşqçi “Milan”ın qarşısında şərt qoydu

İdman

04 İyun 2020 10:15 817


"Milan"dan təklif alan alman mütəxəssis Ralf Ranqnik yeni klubunun qarşısında şərt qoyub.

Yenisabah.az xəbər verir ki, 61 yaşlı mütəxəssis klubun baş meneceri İvan Qazidis və sahibi Pol Sinqerlə transferləri müzakirə edib.

Ralf Ranqnikin "Milan"dakı köməkçilərinin də adları bəlli olub. Həmin şəxslərin Aredo Brayd və Daniele Boneranın olacağı gözlənilir. Ranqnik öz sistemini qurmaq üçün rəhbərlikdən 5 transferin reallaşmasını istəyib. Dominos pizza

Gələcək məşqçi əsas heyətdə "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç, PSV-nin cinah oyunçusu Danzel Dumfirs, "Benfika"nın yarımmüdafiəçisi Florentinu Luiş, "Zalsburq"un orta sahə futbolçusu Dominik Soboslai və "Real"ın hücumçusu Luka Yoviçi görmək istədiyini bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!