Millimizin futbolçusu yol qəzasına düşdü - Fotolar
23 May 2020 00:20
403

Millimizin futbolçusu yol qəzasına düşdü - Fotolar

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandası yol-nəqliyyat qəzası ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda aşıb. Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Nürnberqə yol mikroavtobusla davam etdirilib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsgebirge"nin qolunu Dmitri Nazarov vurub.   /Report

Millimizin futbolçusu yol qəzasına düşdü - Fotolar
Millimizin futbolçusu yol qəzasına düşdü - Fotolar

Oxşar xəbərlər