Millinin futbolçusu həbs edilə bilər - Evini narkobarona satıb
10 Dek 2019 18:44
156

Millinin futbolçusu həbs edilə bilər - Evini narkobarona satıb

Futbol üzrə Braziliya millisinin keçmiş hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

"Yeni Sabah" xəbər verir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Futbolçuya qarşı sürülən ittihamlardam biri də 2018-ci ildə villasını narkotik alverçisinə satmasıdır. Bu səbəblərdən onu həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində Bastos "Feyenoord", "Lill" və "Lion", "Schalke 04", "Roma" kimi klublarda çıxış edib. 36 yaşlı braziliyalı karyerasını bu ilin payızında bitirib.

Oxşar xəbərlər