Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Moskva ermənilərin Qarabağı “təhvil verməsi” ittihamını rədd edir
04 Dek 2021 08:18
9348

Moskva ermənilərin Qarabağı “təhvil verməsi” ittihamını rədd edir

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 3-də Ermənistan Milli Məclisi spikerinin “Lavrov planı” barədə şərhinə reaksiya verib və bildirib ki, “həqiqətdə yox, xəyalda olan nəyəsə” şərh vermək çətindir.

Noyabrın 12-də Rusiya KİV-lərin nümayəndələri ilə görüşündə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Lavrov planını” xatırladıb və “Qarabağın təhvil verilməsini” Rusiya ilə əlaqələndirib.

Hələ noyabrın 24-də dərc olunmuş səs yazısında Rusiya jurnalisti Ermənistan hakimiyyətini “Qarabağı təhvil verməkdə” ittiham edir və bildirir ki, bu, Ermənistanın öz siyasi kursunu dəyişməsi üçün edilib.

Sözü gedən audioda Alen Simonyan ittihama belə cavab verir: “Siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burda “Lavrov planı” da daxil bir neçə variantlar vardı”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Rusiya XİN RIA Novosti agentliyi vasitəsilə bildirir ki, “bu söhbət zamanı Ermənistan Respublikası Milli Məclisinin spikeri erməni cəmiyyətində dolaşan “Qarabağı Rusiya təhvil verib” fikrinə istinadən deyib: “Ermənistanda kimsə nəyisə təhvil vermək fikrində olsaydı, bunu etmək üçün “Lavrov planı” da daxil bir neçə planlar vardı”. Amma spiker əlavə edib ki, “heç kim heç nəyi təhvil verməyib”.

Azatutyun diqqəti belə bir məqama çəkir ki, Rusiya XİN-in sözü gedən bəyanatını Rusiyanın dövlət RIA Novosti agentliyi təqdim edib və bu bəyanat Rusiya XİN-in rəsmi saytında yoxdur. Bu da deyilir ki, RIA Novosti hər hansı rəsminin adını çəkmədən sadəcə Rusiya XİN-ə istinad edir:

“Həqiqətdə yox, yalnız təsəvvürdə mövcud olan nəyisə şərh etmək çətindir. Nazirlikdən deyiblər ki, “Lavrov planı da belə təsəvvür edilən reallıqlardandır”. Nazirlikdən əlavə ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllindən söhbət getdiyi halda “təhvil vermək” ifadəsini demək olmaz”.

Rusiya XİN bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib. Bu sənədə görə “birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu”.

Azatutyun yazır ki, Sergey Lavrovun başçılıq etdiyi qurum müharibədən bir il sonra Alen Simonyanın bəyanatlarının təkzibi üçün Minsk qrupunun sonuncu sənədinin detallarını dərc edib.

Bu detallar isə belə idi: “Planın başqa elementləri - Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması şərtilə Dağlıq Qarabağ əhalisinin tam həyat fəaliyyətini təmin edən hüququnun tanınması; Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirakı; blokadanın götürülməsi; sərhədlərin açılması; tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi; Laçın dəhlizinin eni və statusu məsələsinin həllini nəzərdə tuturdu”.

Rusiya mediasında Rusiya XİN-ə istinadən verilən məlumatda daha sonra deyilir ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu:

“Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.

Bu da qeyd olunurdu ki, ümumxalq səsverməsinə çıxarılacaq sual və suallara məhdudiyyət qoyulmur, nəticələrinə isə tərəflərin hörmət göstərəcyi nəzərdə tutulur. RIA Novostinin yazdığına görə Rusiya XİN vurğulayır ki, bu məsələdə tam razılaşma əldə olunmasa da, plan nə Ermənistan, nə də Azərbaycan tərəfindən rədd edilməmişdi.

Rusiya XİN-ə aid edilən açıqlamada deyilir: “Həmsədrlərin qeyd olunan təklifləri ilə indiki vəziyyəti müqayisə edin və nəticə çıxarın”.

Bəyanatın sonunda qeyd olunur ki, “Rusiya XİN hətta razılaşmadığı hallarda belə başqa ölkələrdəki ictimai rəyə hörmətlə yanaşır və bu, söhbət Ermənistan kimi müttəfiq və dost ölkədən gedərkən ikiqat həqiqətdir”.

Rusiya XİN-ə aid edilən bəyanatda daha sonra deyilir: “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”.

 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər