9 Avqust - 05:57
“Moskvada üçtərəfli görüş pozuldu” - Qriqoryan

“Moskvada üçtərəfli görüş pozuldu” - Qriqoryan

Siyasət

02 Dekabr 2021 23:41 8117


Üçtərəfli işçi qrupunun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb.

Yenisabah.az xəbər verir ki, bunu dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib.

“Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilək, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, - Qriqoryan bildirib.

"Belə olan halda niyə tərəflər razılığa gəlmədi" sualına, Qriqoryan bildirib ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır, bu isə Ermənistan üçün qəbuledilməzdir.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi.

Eyni zamanda erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!