Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Müdafiə Nazirliyi ittihamlara cavab verdi:  “Qara piardır“
14 Okt 2021 17:55
1300

Müdafiə Nazirliyi ittihamlara cavab verdi: “Qara piardır“

Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında (BKH) çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirmiş hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə yalan məlumat yayılıb. 

Yenisabah.az xəbər verir ki, məlumata Müdafiə Nazirliyi reaksiya verib. Nazirlikdən bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu BKH-da xidmət etmir. Hesab edirik ki, təsdiqini tapmamış dedi-qodular əsasında belə məlumatların ictimailəşdirilməsi şanlı Zəfəri xalqımıza bəxş etmiş qalib Ordumuzun və Müdafiə Nazirliyinin imicinə xələl gətirən məqsədyönlü qara piardır, ucuz sensasiya məqsədi güdür. 

Ordumuzun hər hansı bir qurumu barədə rəsmi təsdiqini tapmamış, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş, düşmən maraqlarına xidmət edə biləcək məlumatların elektron informasiya resurslarında, həmçinin digər kütləvi informasiya vasitələrində yayılmasını qətiyyətlə pisləyir, vətəndaşlarımızı və mətbuat nümayəndələrini belə addımlardan çəkinməyə çağırırıq.

Digər tərəfdən diqqətə çatdırırıq ki, qeyd olunan sənəd Müdafiə Nazirliyinin tibb müəssisələri tərəfindən deyil, hərbi qulluqçuların xidmət etdikləri müvafiq hərbi hissələr tərəfindən təqdim olunur.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər