Müdafiə Nazirliyindən açıqlama: “Belə hərbi qulluqçumuz yoxdur”
09 Sen 2019 19:27
411

Müdafiə Nazirliyindən açıqlama: “Belə hərbi qulluqçumuz yoxdur”

Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. 

“Yeni Sabah” xəbər verir ki, nazirlikdən verilən açıqlamada bəzi KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi barədə məlumat yayılıb. Məlumatlarda F.Axundovun hərbiçi olduğu qeyd edilib.

Açıqlamada qeyd olunub ki, Azərbaycan Ordusunda Fuad Axundov adında hərbi qulluqçu xidmət etmir. 

Qeyd edək ki, sonda xəbərdarlıq edilib: “Məlumatdan istifadə zamanı bu fakta diqqət etməyinizi xahiş edirik”.

Oxşar xəbərlər