Müdafiə Nazirliyindən RƏSMİ AÇIQLAMA: Azərbaycanda bu şəxslərin hərbi xidmət   QAYDASI  DƏYİŞƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyindən RƏSMİ AÇIQLAMA: Azərbaycanda bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK

Siyasət

19 Fevral 2026 21:59 4637


Xəbər verdiyimiz kimi, Azərbaycanda 600+ bal toplayan şəxslər "intellektual bölmələrdə" xidmət edəcək.

Ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər.

Bəs,bu necə həyata keçiriləcək? Marqarita pizza

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin Mətbuat Xidmətindən suallarımıza cavab olaraq bildirilib ki,bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.

“Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kibertəhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb.

Bu məqsədlə, təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində İntellektual qabiliyyətli bölmələr yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!