“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov
06 Sen 2019 09:26
221

“Müxalifət nə ağac əkir, nə qan verir” - Siyavuş Novruzov

Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar.

"Yeni Sabah"ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.

S.Novruzov biĺdirib ki, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur:

"Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".

Millət vəkili insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".

S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O bildirib ki, müxalifət nə ağac əkir, nə qan verir:

"Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

Oxşar xəbərlər