YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Naxçıvanla bağlı nə baş verir? - “İstər Vasif Talıbov olsun, istər başqası...” 

Naxçıvanla bağlı nə baş verir? - “İstər Vasif Talıbov olsun, istər başqası...” 

Siyasət

24 Noyabr 2022 15:31 7368


“Mən də vəziyyətdən mətbuatdan xəbərdaram və bu proseslərə normal baxıram. Çünki Naxçıvan Azərbaycanın tərkib hissəsidir və oranın xüsusi imtiyazları yoxdur ki, yoxlama olmasın. Bu, təbii yoxlamalardır və ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da korrupsiyaya qarşı mübarizə, habelə hüquq pozuntularının aradan qaldırılması istiqamətində görülən işlər aparılmalıdır və aparılır. Gələcəkdə islahatlar nəzərdə tutulursa, bu, mütləq olmalıdır. Bildiyiniz kimi, Naxçıvanda DTX-nin artıq yerli idarəsi yaradıldı və ölkə DTX-sının idarəsi kimi birbaşa fəaliyyət göstərəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında əslən Naxçıvanlı olan, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

MDHP sədri son günlər Naxçıvan ətrafında baş verən hadisələrə, o cümlədən DTX-nın Naxçıvan gömrüyündə həyata keçirdiyi əməliyyatlardan söz açıb.

F. Quliyev hesab edir ki, Naxçıvandakı nazirliklərin hamısı ləğv olunmalıdır:

“Muxtar qurumda ayrıca nazirliyin, eləcə də Nazirlər Kabinetinin olması – bunlar artıq qurumlardır. Bütün rayonların birbaşa Azərbaycan Prezidentinə və Azərbaycanın müvafiq strukturlarına tabeçiliyi tətbiq olunmalıdır. Bu, həm mobil idarəetmə üçün lazımdır, həm də artıq arabanın beşinci təkəri sıradan çıxarılmalıdır. Axı Naxçıvanda hansısa bir nazirliyin olmasının nə əhəmiyyəti var?! Tutaq ki, Şəkinin Bakıyla əlaqəsi nə cürdürsə, Ordubadın da o cür əlaqəsinin olmasının tərəfdarıyam”.

“İslahatlar gedir və fikrimcə, gələcəkdə bu tipli məsələlərin olması üçün indidən o strukturlarda aydınlaşdırmalar aparılmalıdır ki, indiyə qədər fəaliyyətləri nədən ibarət olub, çatışmazlıqlar nədir, kadrlarmı yenilənməlidir və s. İndi yekun olaraq, hansı işlər nəzərdə tutulur, bilmirəm, amma bütün hallarda Naxçıvanda həbslərin olması, korrupsiyaya qarşı mübarizənin aparılması və yoxlamalaırn keçirilməsi təbii qaşrılanmalıdır və burada təəccüblü bir şey yoxdur”, – əlavə edib.

Partiya sədri müvafiq yoxlamaların Vasif Talıbovun “vurulmasına” hesablanması barəsində ortaya atılan iddialara da münasibət bildirib:

“O ki qaldı Vasif Talıbov barəsindəki məsələlərə, mən kiminsə fərziyyələrinə şərh vermək niyyətində deyiləm. Mən praqmatik və real məsələlərə yanaşdım, münasibətimi bildirdim. Burada istəyir Vasif Talıbov olsun, istəyir başqası, əgər onların da qanun pozuntusu ilə bağlantısı olacaqsa, təbii ki, hər kəs qanun qarşısında bərabərdir və cavab verməlidir. Burada başqa heç kimin xüsusi imtiyazı yoxdur. Mən, ümumiyyətlə, görülən yekun tədbirləri təqdir edirəm və oradakı artıq qurumların ləğvinin tərəfindəyəm”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!