Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Nazir bu səbəbə görə polkovniki işdən qovdu
14 Yan 2022 16:36
1277

Nazir bu səbəbə görə polkovniki işdən qovdu

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

 

 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər