16 Avqust - 06:02
Nazir: “İranda mədəniyyət mərkəzinin yaradılmasını istəyirik“

Nazir: “İranda mədəniyyət mərkəzinin yaradılmasını istəyirik“

Mədəniyyət

21 İyun 2022 11:55 1713


“İranda Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzinin yaradılmasında maraqlıyıq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

İslam Respublikasında səfərdə olan nazir İran və Azərbaycan Respublikası arasında tarixi və mədəni əlaqələrə toxunub: "Biz İran İslam Respublikası ilə ortaq mədəniyyət, incəsənət, teatr və kino sahələrində əməkdaşlıq etməyə hazırıq. İki ölkə arasında mədəni əməkdaşlıq strategiyasında mədəniyyət müəssisələrinin yaradılması mühüm yer tutur. Biz İranın mədəniyyət müşavirinin Bakıda işləməsindən çox məmnunuq və biz də İranda Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzinin yaradılmasında maraqlıyıq".

O, əlacvə edib: "Bu mədəniyyət mərkəzi Azərbaycan Respublikasının əsl simasını İran xalqı ilə bölüşə bilər. Nəhayət, iki mərkəz arasında qarşılıqlı əlaqə onlar arasında mədəni əlaqələrin çiçəklənməsinə səbəb olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!