“Neftçi”dən başqa hamı...

“Neftçi”dən başqa hamı...
Sent 17, 2019 14:19
Oxunma sayı: 78

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları müzakirə olunub.

“Yeni Sabah” PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” və “Zirə”nin  bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə hər iki klub 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimələnib. "Keşlə” – “Səbail” görüşündə “Keşlə” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.

 

Yenisabah.az